Proqramlaşdırmaya necə və hardan başlayın?

Proqramlaşdırmaya necə və hardan başlayın?








Ən çox eşitdiyim sullardan biridə “proqramçı olmaq istəyirəm hansı dili öyrənim?” və bu suala qarşılıq hərkəs bir cavab verir (burda yazdıqlarımda mənim fikirlərimdir). Sualı verənlərin bir çoxu, sadəcə maraqlı gəldiyi üçün, bəziləri gələcəkdə karyera qurmaq üçün “bəziləri” isə ordan burdan “qaqavv programçılıxda babat pul var haaa”, “qaqavv öyrənirsən “javanı” şirkətlər özləri valvarırki gəl işlə” və.s kimi sözləri eşidib öyrənmək istəyir. (halbuki təcrübə keçməyə belə bir şirkət tapa bilmirəm). NƏYSƏ...
            Böyük həvəslə başlayanların verdiyi suallara “ “esquel”də babat pul var”, tam öyrənəcəksən python öyrən və birdə hər kəsin öz bildiyi dili tərifləyib qarşı tərəfə atmacalar atması olan qalan həvəsidə öldürür.
Yeni başlayan birinə məsləhətlər vermədən öncə, özümüz özümüzə sual verək biz necə oldu öyrəndik və proqramlaşdırma bizim üçün nədir?

İlk öncə necə oldu marağım yarandı sonra isə necə öyrəndiyimdən danışacam.
İlk dəfə Universitetin bakalavır pilləsinin 1ci kursun da evdə sosiyal şəbəkəlrdə gəzəndə birdən ağlıma bir sual gəldi bu “browser” necə düzəlib? Necə işləyir? Heç bir məlumatı olmayan Mən başaldım araşdırmağa qarşıma çıxan “CMD” (proqramlaşdırma dili deyil !!!)oldu orda yalnız 2 kod öyrənə bilmişdim “color a” və “tree”. Axtardığımın bu olmadığını anladım və ayllarla-illərlə bu haqqda tanıdığım insanlardan məsləhətlər (məlumatlar) aldım.
 Sonunda tapdım başlanğıc olaraq “Pythonu” məsləhət gördülər. Proqramlamanın məntiqini anlamağa ilk Pythondan başladım sonra başqa başqa dillər öyrəndim php, C#, html, css (biri çıxıb deyəcək qaqavv html proqramlaşdırma dili deyil `siz çoxda fikir vermiyin`)  sonar mənə uyğun olanını seçdim   ♥PYTHON♥ (bu mənə uyğun idi sizə sadəcə məsləhət görə bilərəm ).
İndi sizə məsləhətlər verim ilk öncə ətrafınızda proqramlama bilən birini tapın ondan kömək istəyin sizə sual verəski hansı poroqramlaşdırma dilini öyrənmək istəyirsən deyinki sən bilidiyin biri məsləhət verki sualım olanda səndən soruşa blim )))  Və başlayın öyrənməyə zamanla özünüz sizə uyğun olanı tapacaqsınız.
Mənim məsləhətimsə elə Pythondu çünki Pythonun girişi asandır sanki yeni velosiped sürən birinə yan(dəstək) təkərləri olan velosiped verirsən kimi gəlir (Pythonun ilk başda asan göründüyənə qətiyyən aldanmayın))) ) Və ən önəmli olansa həməsdən düşməyin daima öyrənmək istəyin. Qarşılaşdığınız problemlərlə blogdan mənə yaza bilərsiz və ya Hz.Googledən axtarıs edə bilərsiz.İnternetdə yetəri qədər məlumat var. Ən əsası qarşılaşdığınız problemlərə görə həvəsdən düşməyin. Həllini tapdığınız hər problem sizə bir şeylər öyrədir
Sonluğu məşhur kompyuter alimi Donald E. Knuth`ın bu sözləri ilə bitirirəm
  “Only ugly languagea become popular. Python is the one excenption.”
YƏNİ
“Sadəcə Çirikin Dillər Popiliyar olar. Python İsə istisnadır”

Hiç yorum yok:

Yorum Gönder

Pages